Maksim Medvedev: Rəqibin necə komanda olduğunu hamı bilir
29 iyul 2014 21:00
"Qarabağ"ın futbolçusu Maksim Medvedev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oyun olacaq. Hamı "Zalsburq"un necə komanda olduğunu görür. Onların nəticələri də çox şeydən xəbər verir. Amma bizim də böyük təcrübəmiz var. Komandamız bir neçə dəfə "ulduzlar"a qarşı oynayıb. Yaxşı futbol sərgiləmək istəyirik. Özümə gəlincə, bir həftə olar ki, komanda ilə birgə məşq edirəm. Özümü hazır hiss edirəm. Əgər baş məşqçi şans versə, oynamağa hazıram".