Neftçi Çixura ilə oyunun hazırlığına başladı
27 iyul 2014 19:10
Azərbaycan Kubokunun qalibi "Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacağı Gürcüstan "Çixura"sı ilə ilk oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, hazırda düşərgədə iki zədəli futbolçu var.
Bunlar qapıçı Saşa Stamenkoviçlə yarımmüdafiəçi Flavinyodu. Amma hər iki futbolçu ilk oyuna qədər hazır olmalıdı.
Qeyd edək ki, "Neftçi" ilə "Çixura" arasındakı ilk oyun iyulun 31-də "Bakcell Arena"da keçiriləcək.