Rumıniyalı forvard Premyer Liqamızda oynamaq istəyir
27 iyul 2014 01:18
Ukraynanın "Tavriya" klubunda çıxış edən rumıniyalı hücumçu Lusian Burduyan karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Hazırda azad agentəm. Ukraynadakı məlum hadisələrdən sonra ora qayıtmaq istəmirəm. Azərbaycan klubları da məni sıralarında görmək istəyirlər. Ola bilər ki, həmin təkliflərin birinə razılıq verdim. Məsələn, "Neftçi"də oynayardım. Ciddi təklif gəlsə, razılaşaram. "Qəbələ" variantını da istisna etmirəm. Bu komandaya yaxşı tanıdığım Dorinel Muntyanu rəhbərlik edir".