Matey Puçko: Neftçi yaxşı komanda olduğunu göstərdi
25 iyul 2014 12:15
Sloveniyanın "Koper" klubunun futbolçusu Matey Puçko Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"İkinci hissədə azlıqda oynasaq da, birinci hissəyə nisbətən daha yaxşı mübarizə apardıq. Təəssüf ki, ələ düşən 2-3 qol epizodundan yararlana bilmədik. Fasiləyə qədər qol buraxmağımız çox pis oldu. "Neftçi" yaxşı komanda olduğunu göstərdi. Bu qələbəyə görə onları ancaq təbrik edə bilərəm".
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "Koper" "Neftçi"dən güclü olmuşdu - 2:1.