Çixuranın futbolçusu ədəbsiz jestə görə Neftçi ilə oyunu buraxa bilər
25 iyul 2014 11:12
Gürcüstanın "Çixura" klubunun futbolçusu Tornike Mumladze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək ilk oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun ötən gün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş Türkiyə "Bursaspor"una qarşı cavab qarşılaşmasında etdiyi ədəbsiz jestdi.
Penalti vuruşları zamanı komandasının yekun və həlledici zərbəsini dəqiq yerinə yetirdikdən sonra o, qonaq azarkeşlərin yerləşdiyi tribunaya qarşı qaçaraq onlara xoşagəlməz jest nümayiş etdirib. "Bursaspor" rəhbərliyi isə onun bu hərəkəti ilə bağlı UEFA-ya şikayət edib.