Böyükağa Hacıyev: Bizə az adam inanırdı
25 iyul 2014 11:01
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"İlk oyunda uduzduğumuza görə bizim mərhələ keçəcəyimizə çox az adam inanırdı. Amma biz göstərdik ki, çox şeyə qadirik. "Neftçi" öz səviyyəsini, gücünü göstərdi. Layiqli şəkildə qələbə qazandıq".
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "Koper" "Neftçi"dən güclü olmuşdu - 2:1.