Neftçi - Çixura: İlk matçın başlama saatı açıqlandı
25 iyul 2014 16:05
Azərbaycan Kubokunun qalibi "Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində Gürcüstanın "Çixura" komandası ilə mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, artıq bu komandalar arasında baş tutacaq ilk oyunun tarixi və başlama saatı bəllidi.
İlk qarşılaşmada "Neftçi" rəqibini doğma azarkeşləri önündə qəbul edəcək. "Bakcell Arena"da baş tutacaq ilk oyun iyulun 31-də keçiriləcək. Bu görüş saat 20:00-da start götürəcək.
Cavab matçı bir həftə sonra avqustun 7-də Tiflisdə baş tutacaq. Amma həmin oyunun başlama saatı dəqiqləşməyib.