Dorinel Muntyanu Dodonu əvəzedici komandaya göndərdi
25 iyul 2014 15:01
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu komandanın aparıcı futbolçusu Dodoya qarşı sərt qərar çıxarıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis braziliyalı yarımmüdafiəçini Hollandiya toplanışından uzaqlaşdırıb.
Baş məşqçi futbolçunu əvəzedici komandaya göndərib. Dodonun əsas komandaya nə vaxt qaytarılacağı bilinmir.
Qeyd edək ki, Muntyanunun "Qəbələ"nin liderlərindən birinə qarşı niyə belə sərt addım atmasının səbəbi barədə açıqlama verilmir.