Salukvadze: Bolqar hakim öz qərarları ilə İnteri məhv etdi
25 iyul 2014 14:53
Bakı "İnter"inin futbolçusu Laşa Salukvadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının məğlubiyyətini (0:1, penaltilərlə - 3:4) belə şərh edib:
"Hakim məni meydandan qovmaqla səhv qərar verdi. Bu, sonuncu ümid folu deyildi. Penaltiyə gəlincə, onun barəsində heç nə deyə bilmərəm. Hakim öz qərarları ilə "İnter"i məhv etdi. Özü də bu hakim komandamıza qarşı ilk dəfə deyil belə hərəkət edir. Heç bilmirəm, başa düşmürəm ki, bolqar hakim bizdən nə istəyirdi".
Xatırladaq ki, bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyunda "İnter" "Elfsborq"dan güclü olmuşdu - 1:0.