İnter UEFA-ya şikayət etdi
25 iyul 2014 13:40
"İnter" klubu "Elfsborq"la oyunun hakimliyi ilə bağlı UEFA-ya şikayət edib. Azerisport.az xəbər verir ki, bankirlər məsələylə bağlı UEFA-ya şikayət göndərib və hakimin cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, matçı idarə edən bolqar hakim 3-cü dəqiqədə "İnter"in futbolçusu Laşa Salukvadzeyə qırmızı vərəqə göstərib və bankirlərin qapısına penalti təyin edib.