Matey Palçiç: Neftçini keçə biləcəyimizi hələ ilk oyunda sübut etmişik
24 iyul 2014 12:20
Sloveniyanın "Koper" klubunun futbolçusu Matey Palçiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Sloveniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Cavab oyunu ilk qarşılaşmadan daha çətin olacaq. "Neftçi" çox yaxşı komanadı. Onları qiymətləndirməmək olmaz. Amma hələ ilk oyunda onları məğlub edə biləcəyimizi sübut edə bilmişik. İlk oyundakı kimi oynasaq, mərhələni keçən məhz biz olacağıq".
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "Koper" "Neftçi"dən güclü olmuşdu - 2:1.