Rodolfo Vanoli: Neftçinin gücünə bələdik
24 iyul 2014 11:23
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, ilk oyunda 2:1 hesabıyla qalib gələn rəqib komandanın çalışdırıcısı bunları söyləyib:
"Rəqibin gücünə bələdik. Amma öz yetirmələrimə inanıram. Biz öz futbolumuzu oynasaq, yaxşı oyun sərgiləyib, nəticə qazana biləcəyik. Bakıda çox intizamlı oyun sərgilədik. Amma rəqibin heyətində çox keyfiyyətli futbolçuların olduğunu bilirəm. Maliyyə baxımından da "Neftçi" bahalı klubdu. Lakin "Koper"də də komanda ruhu var. Azarkeşlərimizi, şəhərimizi qələbə ilə sevindirmək istəyirik".