AZAL Tomi Kostadinovla münasibətlərini rəsmiləşdirdi
Yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən AZAL heyəti gücləndirmək yolunda daha bir addım atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu bolqar yarımmüdafiəçi Tomi Kostadinov ilə münasibətləri rəsmiləşdirib.
23 yaşlı hücumameyilli xavbek ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tomi buna qədər vətənində Sofiya ÇSKA-sı, “Bdin”, “Çavdar” və Yunanıstanda “Xanya” klublarının şərəfini qoruyub. Kostadinov Bolqarıstan gənclər yığmasında (U-21) 5 oyuna 1 qol vurmağa da nail olub.
Müqavilə bağladıqdan sonra Tomi klubun rəsmi saytına ilk açıqlamasını verib: “AZAL ilə müqavilə imzaladığıma görə çox şadam. Bura azarkeşlərə xoş anlar yaşatmaq üçün gəlmişəm. Komandam ilə qələbə qazanmaq üçün meydanda var gücümü qoyacam. Qələbə üçün hər şeyimi verməyə hazlram. Yaxşı mövsüm keçirib avrokuboklara qatılmaq istəyirik. Ümid edirəm ki, sonda istəyimizə çata biləcəyik".