İvan Benites: Səfərdəki kimi oynasaq, Elfsborqa qalib gələcəyik
23 iyul 2014 17:38
"İnter"in müdafiəçisi İvan Benites Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, ilk görüşdəki kimi futbol sərgiləsək, sabahkı oyunda da qələbə qazanacağıq. Özümüzə inanırıq. Təcrübəmiz, yaxşı futbolçularımız var. Təəssüf ki, səfərdəki qarşılaşmada bir neçə qol şansını boşa verdik. Əks halda indi sakit oynayacaqdıq. İstənilən halda, "İnter"in uğur qazanacağına inanıram".