Bakı yeni baş məşqçi tapa bilmir
23 iyul 2014 14:32
"Bakı" Premyer Liqanın yeni mövsümünə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, müxtəlif şayiələrə baxmayaraq, komanda hazırlaşır və yeni mövsümdə çempionatda çıxış edəcək.
Amma hələ "zolaqlılar"ı yeni mövsümdə kimin çalışdıracağı məlum deyil. Klub rəhbərliyi istefa vermiş Milinko Pantiçə əvəzləyici axtarır. Mümkündü ki, yeni baş məşqçi tapılmasa, komandanı elə hazırda məşq etdirən türkiyəli mütəxəssis İbrahim Uzunca çalışdırsın.