Simurqda 2 yeni futbolçu
23 iyul 2014 14:21
Avstriyada yeni mövsümün hazırlıqlarını sürdürən "Simurq" məşqləri ara vermədən davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün növbəti yoxlama görüşünə çıxacaq.
Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək qarşılaşmada Zaqatala təmsilçisinin rəqibi Albaniyanın "Teuta" klubu olacaq.
Qeyd edək ki, "Simurq" transfer çalışmalarını da davam etdirir. Artıq düşərgədə iki yeni futbolçu var. Məşqçilər korpusu onlar haqqında son qərarı yoxlama görüşlərindən sonra verəcək.