Adolf Hütter: Rəqibimizin Qarabağ olacağına şübhə etmirdim
23 iyul 2014 13:14
Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ötən gün keçirilmiş Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sı arasındakı cavab matçını canlı izləyib. Azerisport.az xəbər verir ki, o, təmsilçimizin 4:0 hesabıyla qalib gəldiyi qarşılaşma ilə bağlı ölkəsinin mətbuatına danışıb:
"Rəqibimizin "Qarabağ" olacağına şübhəm yox idi. Bu komanda şübhəsiz ki, ciddi rəqibdi. Onlarla oyuna ciddi hazırlaşmalıyıq. Ağdam klubunun son dövrlərdə keçirdiyi oyunlara daha çox baxmaq istəyirəm".