Rövnəq Abdullayev və Abdulbari Gözəl Qarabağı təbrik etdi
22 iyul 2014 23:55
AFFA prezidenti Rövnəq Abdullayevlə "Qarabağ"ın prezidenti Abdulbari Gözəl UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Malta "Valletta"sına 4:0 hesabıyla qalib gələn Ağdam klubunun üzvləri ilə görüşüblər. Azerisport.az xəbər verir ki, onlar futbolçu və məşqçi heyətini təbrik ediblər, onlara qarşıdakı oyunlarda da inandıqlarını dilə gətiriblər, uğurlar arzulayıblar.