Xaqani Məmmədov: Qarabağ Vallettaya 3-4 qolla qalib gələ bilər
22 iyul 2014 13:20
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədov ölkə çempionu "Qarabağ"ın Çempionlar Liqasında Malta "Valletta"sına qarşı cavab oyunundakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyundan sonra "Qarabağ"ın növbəti mərhələdə olduğunu demək olar. Bütün oyuna baxmasam da, qolu görmüşdüm. Fikrimcə, "Valletta" kimi komandalar "Qarabağ"a problem yarada bilməz. Bu komandaya Bakıda 3-4 qol vurmaq olar. Qurban Qurbanovun ehtiyatlı danışmasına gəlincə, komanda onundu, uşaqları oyuna o hazırlayır. Yəqin ki, belə açıqlamalar verməsinə ehtiyac var. İnanıram ki, "Qarabağ" bu mərhələni adlayacaq".