Rəhim Həsənov Avroliqa oyununa təyinat aldı
25 iyun 2014 12:34
Azərbaycanlı FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu Həsənov idarə edəcək.
Onun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.