Rail Məlikov Qəbələni tərk etdi
24 iyun 2014 17:02
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov "Qəbələ"ni tərk edib. Azerisport.az xəbər verir ki, onun klubla müqaviləsinin müddəti bu yay başa çatmışdı.
Lakin tərəflər yeni müqavilə bağlamayıblar. Bu üzdən də Məlikov hazırda özünə yeni klub axtarmaqdadı. O, azad agent statusu daşıyır.
Qeyd edək ki, təcrübəli müdafiəçinin karyerasını Türkiyədə davam etdirməsi gözlənilir.