Sumqayıtda yeni məşqçi
19 iyun 2014 14:46
2014/2015 mövsümüə hazırlaşan "Sumqayıt" Futbol Klubunda növbəti təyinat reallaşıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi İlham Yadullayev əsas komandada Aqil Məmmədovun köməkçisi təyin olunub.
38 yaşlı mütəxəssis 1 illik müqaviləyə imza atıb.
Karyerası ərzində "Neftçi", "Şəmkir", "Volın", "Tavriya", "Kəpəz" və "Karvan"da çıxış etmiş Yadullayev 1998-2004-cü illər ərzində 35 dəfə Azərbaycan millisinin formasını geyinib. (klub saytı)