Mahir Şükürov Karşıyaka ilə müqavilə imzaladı
17 iyun 2014 00:25
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Türkiyənin "Karşıyaka" klubunda çıxış edəcək.
Artıq "Neftçi"nin sabiq arxa xətt oyunçusu yeni klubu ilə müqavilə də imzalayıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 31 yaşlı futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalanıb.