Qarabağda Gelaşvili dönəmi sona çatdı
Son Azərbaycan çempionu "Qarabağ" Nikolas Gelaşviliylə yolları ayırıb. Azerisport.az xəbər verir ki, bu gün tərəflər ortaq məxrəcə gələrək hələ 1 illik müqaviləsi olan gürcüstanlı forvardla sazişin xitamına qərar veriblər.
1 il əvvəl Almaniyanın "Bohum" klubundan transfer olunan 29 yaşlı forvard azad agent statusu alıb. Gürcüstan millisinin hücumçusu son olaraq öz fikirlərini klub saytı vasitəsiylə ifadə edib: "Qarabağ" çox yaxşı komandadı. Karyerama daha bir çempionluq əlavə etdim. Bu da hər zaman xoş xatirə kimi yaddaşımda qalacaq. Mənə dəstək verən hər kəsə öz təşəkkürümü bildirirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram".
"Qarabağ" Nikolas Gelaşviliyə xidmətlərinə görə öz təşəkkürünü bildirib və gələcək karyerasında uğurlar arzulayıb.