Tərlan Quliyev rəsmən Qarabağda
12 iyun 2014 17:05
"Qarabağ" yay fasiləsi dönəmində ikinci transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Danilo Diasdan sonra daha bir futbolçunu heyətinə qatıb.
"Atlılar" "Neftçi"nin müdafiəçisi Tərlan Quliyevi sıralarına qatıblar. Paytaxt klubu ilə müqaviləsi davam edən futbolçu ilə bağlı aparılan danışıqlar müsbət sonluqla başa çatıb. 22 yaşlı gənc müdafiəçi bu gün tibbi baxışdan keçdikdən sonra 3 illik müqaviləyə qol çəkib.
Quliyev transferi ilə bağlı yeni klubunun rəsmi saytına ilk fikirlərini açıqlayıb: "Futbol karyeramın inkişafında "Neftçi"nin böyük əməyi olduğuna görə rəhbərliyə təşəkkür edirəm. Yeni klubum olan "Qarabağ"a həm Çempionlar Liqasında, həm də Azərbaycan Premyer Liqasında əlimdən gələn köməyi göstərəcəm".