Sumqayıtda daha bir imza
12 iyun 2014 14:03
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, sözügedən klub Tərzin Cahangirovla 1 illik sazişə imza atıb.
22 yaşlı futbolçu "Sumqayıt"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Tərzin Topaz Premyer Liqasında 2013/2014 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 18 qarşılaşmada 1585 dəqiqə mydanda olub və 1 qola imza atıb.