Tagim Novruzov rəsmən Sumqayıtda
10 iyun 2014 16:20
Premyer Liqada 2014/2015 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, sözügedən klub Tagim Novruzovla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", AZAL, "Rəvan" və "Simurq"un şərəfini qoruyub. (klub saytı)