AZAL ilk transferini həyata keçirdi
9 iyun 2014 17:15
AZAL PFK yay transfer pəncərəsi çərçivəsində ilk transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, komanda son mövsümü “İnter”də keçirmiş Asif Mirili ilə müqavilə imzalayıb.
22 yaşlı futbolçu 2 illik müqaviləyə qol çəkib. Hazırda transfer işlərini davam etdirən komandada əcnəbi futbolçuların da heyətə qatılması üzərində işlər aparılır.