Simurqun hücumçusu Hollandiya, Danimarka və Yunanıstandan təklifləri rədd edib
31 may 2014 20:22
“Simurq”un hücumçusu Draqan Çeran komandası ilə müqaviləni daha bir il müddətinə uzadıb. Azerisport.az xəbər verir ki, 26 yaşı futbolçu “Dordrext” (Hollandiya), “Viborq” (Danimarka) və “Levadiakos” (Yunasıtan) klublarından gələn təkliflərdən imtina edib:
“Premyer Liqanı tərk etmək imkanım vardı. Ancaq mən növbəti mövsümə qalmağı klub prezidentinə vəd vermişdim. Bu səbəbdən bu təklifləri rədd etməyə məcbur oldum. Düşünürəm ki, hazırda “Simurq” mənim üçün ən yaxşı variantdır”.