İnter daha üç futbolçusu ilə müqaviləni yenilədi
19 may 2014 19:19
“İnter” daha üç futbolçusu ilə müqaviləni yeniləyib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Baçana Sxadadze, Derlis Meza Kolli və Elşən Poladov klubla müqaviləni daha bir il müddətinə uzadıblar.
Yaxın günlərdə “İnter” daha bəzi futbolçuları ilə müqaviləni yeniləmək fikrindədir.
Xatırladaq ki, “İnter” yaxınlarda Qriqori Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov, Səlahət Ağayev və Slavço Georgiyevski ilə müqaviləni yeniləmişdi.