Bakıda Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək
13 may 2014 13:55
Mayın 19-da, saat 10:00-da, Abşeron Marriott otelin Şərq zalında Bakıda ilk dəfə Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək. Azerisport.az xəbər verir ki, forumun əsas məqsədi həm Azərbaycan, həm də beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişaf etdirilməsi və regional təcrübələrin paylaşılmasıdır.
Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələri forum iştirakçıları ilə bölüşmək olacaq. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.
Forumun rəsmi saytı da artıq hazırdıır. www.ifvf2014.com saytından forum barədə yenilikləri izləmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatından sonra daha da inkişaf etmiş futbol və idman könüllülüyü imkanları sayəsində yüzlərlə gənc uğur qazanıb.
Forumda AFFA-nın tərəfdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi, dəstəkçiləri isə SOCAR, Bakcell və AccessBank-dır.
(AFFA)