Rəvan futbolçusunu itirib
9 may 2014 13:33
Aprelin sonunda “Rəvan”ın nigeriyalı hücumçusu Oke Akpoveta klub rəhbərliyinin icazəsi ilə komandanı tərk edərək, iki gün müddətinə Danimarkaya yollanıb. Azerisport.az xəbər verir ki, o vaxtdan futbolçu geri qayıtmayıb.
2015-ci ilin yayına qədər qüvvədə olan müqaviləsinə rəğmən, güman ki, futbolçu ilə razılaşmaya xitam veriləcək.