Mirça Rednik: Xəzər Lənkəran azarkeşlərinin adımı hallandırması mənə xoşdur
25 aprel 2014 15:22
Bu yaxınlarda “Gent”dən qovulmuş “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik azerisport.az saytına müsahibəsində Lənkəran komandasına mümkün qayıdışı haqda danışıb:
- Dünən “Xəzər Lənkəran” ümumi hesabda “Qəbələ”yə məğlub olaraq, ölkə Kubokunun yarımfinal mərhələsində mübarizəni dayandırdı. Oyundan sonra azarkeşlər klub bazasının yaxınlığında toplaşaraq, sizin adınızı səsləndiriblər. Siz bu haqda bilirsiniz?
- Bu haqda bilmirdim. Baxmayaraq ki, bəzən lənkəranlı azarkeşlər mənə yazır. Onlara minnətdaram. Orada işlədiyim müddətdə bizim çox isti münasibətlərimiz yaranıb. Yəqin ki, bu, mənim vaxtımda komandanın yaxşı oyun göstərməsi ilə əlaqədar idi. Lənkəran stadionunda adımın hallanması mənə xoşdur.
- Siz özünü “Xəzər Lənkəran”a qayıtmağın əleyhinə deyilsiniz?
- Hər şey klubun rəsmi prezidenti Mübariz Mənsimovdan asılıdır. Mənim nömrəm onda var.
- Zəng gözləyirsiniz?
- Əgər belə bir zəng olsa, mən yenidən Lənkəranda işləməyə razılıq verərəm. Bu komanda mənə yad deyil.
- Maraqlıdır ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli azarkeşlərin sizin adınızı hallandırması zaman köməkçisindən “Rednik kimdir?”, deyə soruşub...
- Dənizli Vikipediyaya daxil olub haqqımda hər şeyi öyrənə bilər. Mən “Xəzər Lənkəran”la ölkə Kubokunu qazanmışam, çempionatda ikinci olmuşam. İki dəfə Rumıniya çempionu olmuşam, Kubok və Super Kuboku qazanmışam. Üstəlik, mənim komandalarımın heyəti digər başqa məşqçilərin əlinin altında olan heyətdən heç də ütün olmayıb.
- Sizcə, “Xəzər Lənkəran”ın əsas problemi nədədir?
- Mən komandanın çıxışını diqqətlə izləmirəm. Oyununu görməmişəm və buna görə də bu haqda konkret danışa bilmərəm.