Fotoreportaj|Video|На русском

Futbol

XL sensasiya, Rəvan sürpriz edə bilmədi

25 aprel 2014 00:45

Azərbaycan kubokunun cari mövsümünün finalçılarının adı artıq məlumdu. Azerisport.az xəbər verir ki, ötən gün keçirilən yarımfinal oyunlarında demək olar ki, gözlənilən nəticələr qeydə alındı.

Öncə "Rəvan" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Mərhələnin sürpriz komandası olan Bayıl klubu ilk görüşdən sərfəli nəticə ilə dönmüşdü. "Bakcell Arena"dakı görüş 1:1 hesabı ilə yekunlaşmışdı. "Rəvan"ın turnir cədvəlindəki mövqeyi komandaya mənfi təsir etsə də, kubokun bu mərhələsinə qədər yüksəlmək Bayıl təmsilçisi üçün əlavə stimul sayıla bilərdi. İlk oyunun nəticəsi Güvənç Kurtarın yetirmələrini qane etsə də, "ağ-qaralar"ın ürəyincə deyildi. Son 3 ilin çempionunun turnir cədvəlindəki yerini nəzərə alsaq, Böyükağa Hacıyev tək titulunu kubokda qazana bilərdi. Qolsuz heç-heçə və istənilən hesablı qələbə meydan sahiblərini finala daşıyacaqdı. "Neftçi" isə ya qələbə qazanmalı, ya da 2:2 və ya daha çox qollu heç-heçəyə imza atmalıydı. Amma 90 dəqiqənin tamamında Hacıyevin komandası 3:1 hesablı inamlı qələbəyə imza atdı. Nəticədə, "Neftçi" Azərbaycan kubokunun ilk finalçısı oldu. "Rəvan" isə yarımfinalda mübarizəni dayandırdıqdan sonra artıq bütün diqqətini Premyer Liqaya yönəldə bilər.

Növbəti oyunda isə "Xəzər Lənkəran" və "Qəbələ" komandaları üz-üzə gəldi. Premyer Liqada heç bir iddiası qalmayan cənublular 10 illiyində yalnız kuboku qazanmaq arzusundaydı. Lakin ilk oyundan sonra "ağ-yaşıllar"ın bu istəyinin baş tutmayacağı böyük ölçüdə bəlli idi. Qəbələdə qeydə alınan 0:3 hesablı məğlubiyyət Mustafa Dənizlinin komandasının kubokdakı ümidlərinin də üstündən xətt çəkmişdi. Lənkəran təmsilçisinin oyunu ən azı əlavə vaxta aparması üçün 90 dəqiqəni 3:0 hesabıyla qalib başa vurması lazım idi. "Qəbələ"də isə üzlərin güldüyünü demək olardı. Doğma meydanda rəqib qapısından 3 cavabsız top keçirən Yuri Syominin komandası bu görüşə daha rahat çıxmışdı. Elə bunun məntiqi nəticəsi idi ki, oyunu müdafiədən quran qonaqlar əks-hücumların birində hesabı açdı. Mustafa Dənizlinin komandası isə qalan vaxt ərzində yalnız bu bir qolun əvəzini çıxa bildilər. Nəticədə, qarşılaşma heç-heçə bitdi. Finala isə "Qəbələ" yüksəldi.

Qeyd edək ki, "Qəbələ" və "Neftçi" arasındakı final qarşılaşması mayın 22-də keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal
(cavab oyunları)

RƏVAN - NEFTÇİ - 1:3 (ilk oyun - 1:1)
Qollar: Xuan Manuel Varea, 17 - Ruslan Qurbanov, 10, Flavinyo, 19, Bruno Bertuççi, 55.
Sarı vərəqələr: Kamil Kopunek, 42 (qeyri-idman hərəkəti); Hüseyn Axundov, 54 (sistematik qayda pozuntusu); Tyaqo Mirasema, 86 (qeyri-idman hərəkəti) - Rəşad Sadiqov, 53 (qeyri-idman hərəkəti); Flavinyo, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Orxan Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
24 aprel 2014. Saat 17:00. “Bayıl Arena” stadionu. 500 tamaşaçı.

Rəvan: 1. Lukas Sapela, 4. Mitya Moreç, 7. Elvin Həsənəliyev, 8. Julio Sezar, 14. Xuan Manuel Varea (10. Tyaqo Mirasema, 67), 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (17. Ramazan Abbasov, 85), 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Kamil Nurəhmədov, 20. Miloş Adamoviç, 24. Yamin Ağakərimzadə, 28. Boyan Markoviç.
Baş məşqçi: Güvenc Kurtar.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (8. Elşən Abdullayev, 76), 9. Flavinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 23. Ruslan Qurbanov (10. Cavid İmamverdiyev, 70), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (21. Samir Məsimov, 82).
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski.
Baş məşqçi: Böyükağa Hacıyev.

XƏZƏR LƏNKƏRAN - QƏBƏLƏ - 1:1 (ilk oyun - 0:3)
Qollar: Junior Nildo, 54 - Viktor Mendi, 21.
Sarı vərəqələr: Tyeqo de Xesus, 16 (qeyri-idman hərəkəti) - Nizami Hacıyev, 11 (qeyri-idman hərəkəti); Kamran Ağayev, 59 (oyunun bərpasını gecikdirdiyinə görə); Daniel Subotiç, 63 (qeyri-idman hərəkəti); Ürfan Abbasov, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Vüsal Əliyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
24 aprel 2014. Saat 19:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 5000 tamaşaçı.
 

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov (18. Tural Cəlilov, 65), 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (30. Elias Ribeyro, 73), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 8. Deyan Blajevski, 23. Nikola Qliqorov.
Baş məşqçi: Mustafa Dənizli.
Qəbələ: 1. Kamran Ağayev (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio (22. Lourival Assis, 81), 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 78), 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev (45. Murad Musayev, 88).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 6. Vladimir Levin, 42. Leonardo da Silva.
Baş məşqçi: Yuri Syomin.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah