Yuri Syomin: Nəticədən razı qaldım
24 aprel 2014 21:48
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Qəbələ” oyunundan (1:1) sonra oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Finala çıxdıq. “Qəbələ” tarixində ilk dəfə olaraq, ölkə Kubokunun finalında mübarizə aparacaq. Hər iki oyunda yaxşı oynadıq. Nəticədən razı qaldım”.
(PFL)