Azərbaycan çempionatı Avropada səkkizincidir
24 aprel 2014 17:00
UEFA 2012-ci ilin yekunlarına əsasən, öz ölkəsinin yüksək divizionuna daxil olan futbol klublarının lisenziyalaşdırılması üzrə növbəti müqayisəli hesabatı təqdim edib. Azerisport.az xəbər verir ki, pullarla diqqətcil davranış baxımından, ölkəmizin çempionatı səkkizinci pillədə qərarlaşıb.
Almanlar bu göstəricidə nümunəvidir: Bundesliqa 51% göstərici ilə liderlik edir. Litva, Farer adaları, Malta, Şimali İrlandiya, Latviya, Estoniya, Azərbaycan və Ermənistan siyahıda ardıcıllıqla yer alıb.
(Çempionat.Ru)