Millimizin rəqibi İsveç yığması ilə gücünü sınayacaq
24 aprel 2014 13:55
AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində millimizin rəqibi olan Norveç millisi daha bir yoldaşlıq görüşündə gücünü sınayacaq. Azerisport.az xəbər verir ki, “vikinqlər” digər Skandinaviya təmsilçisi İsveç yığması ilə qarşılaşacaqlar.
Per-Matias Höqmonun yetirmələri yoxlama oyununu 2015-ci ilin 8 iyunu tarixinə nəzərdə tutub.
Xatırladaq ki, millimiz AÇ-2016-nın təsnifat mərhələsində Norveç yığmasına qarşı ilk oyununu 12 iyun 2015-ci il tarixində keçirəcək.