Süleymanov getsə belə, Neftçi cəriməni ödəməlidir
24 aprel 2014 13:13
Tahir Süleymanovun klubun vitse-prezidenti vəzifəsindən getməsinə rəğmən, “Flaqman” 20 min manat məbləğində cəriməni ödəməlidir. Azerisport.az xəbər verir ki, bu barədə saytımıza PFL-dən məlumat verilib.
Xatırladaq ki, Süleymanov TPL-in 20-ci turu çərçivəsində “Neftçi”nin “Xəzər Lənkəran”a qarşı keçirdiyi səfər oyununda (2:2) baş hakim Rəhim Həsənovu təhqir etdiyi üçün 20 min manat məbləğində cərimə edilmişdi.
Bu gün Süleymanov öz istefası haqda qərarı açıqlayıb. Belə ki, cəriməni ödəmək üçün kifayət qədər maliyyə vəsaiti yoxdur.
Ancaq buna rəğmən, “Flaqman” qarşısında indiyə qədər ödənilməmiş cəriməni ödəmək tələbi qoyulub.