Simurq Qarabağla oyuna ciddi itkilərlə çıxacaq
20 aprel 2014 12:20
Topaz Premyer Liqasının 31-ci turunda lider "Qarabağ"ı qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, dünən sonuncu məşqinə çıxan Zaqatala təmsilçisi artıq matçın başlama vaxtını gözləyir.
"Sarı-qaralar" Ağdam təmsilçisi qarşısına ciddi itkilərlə çıxacaq. Son məşqdə zədə səbəbindən komandadan ayrı çalışan Benjamin Lambot və Məhərrəm Hüseynov bu görüşdə forma geyinə bilməyəcək. Anderson Oliveyra isə sarı vərəqə limitini doldurduğundan "Qarabağ"a qarşı oynaya bilməyəcək.
Saat 17:00-da start götürəcək qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.