Berti Foqts: Neftçi və İnterin gələcək çıxışı haqda nə isə ehtimal etmək çətindir
19 aprel 2014 13:00
Millimizin baş məşqçisi Berti Foqts azerisport.az saytına müsahibəsində yerli klubların 2014-2015-ci illər avromövsümündə şanslarından danışıb:
“Cari mövsümün yekunlarına əsasən, avrokubokların növbəti mövsümünə şanslar haqda danışmaq çətindir. Axı təmsilçilərimizin püşkə görə kiminlə qarşılaşacağını bilmirik. “Qarabağ”ın yaxşı komandası var. Çoxdan oynadıqlarından, əminlik hiss edirlər. Xatırlayırsınız, bu mövsümdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşdılar və elə ilk ev oyununda demək olar ki, növbəti mərhələyə çıxmaq şanslarını itirdilər. Həmçinin, “Neftçi” və “İnter”in gələcək çıxışı haqda nə isə ehtimal etmək çətindir. Yəqin ki, onların yeni oyunçuları olacaq və onların heyəti nə dərəcədə gücləndirə biləcəklərini görmək, maraqlı olacaq”.