Qəbələ Allahverdiyevi ən azı 10 min manat cərimələyəcək
18 aprel 2014 13:13
“Qəbələ” FK-nın rəhbərliyi öz futbolçusunu böyük məbləğdə cərimələyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb, AFFA İK-nın Elnur Allahverdiyev barəsində hakimləri təhqir etdiyi üçün çıxardığı qərar olub.
Xatırladaq ki, AFFA İK “Qəbələ” qarşısında beş oyunluq cəza səbəbi ilə oyunu buraxmış və bu görüşdə iştirak hüququ olmayan müdafiəçiyə görə 10 min manat cərimə ödəmək tələbi qoyub.
“Qəbələ” FK da öz növbəsində bu məbləğdə cəriməni futbolçu qarşısında qoyacaq - 10 min manat.
Futbolçu həmçinin, yığmanını ABŞ toplanışını buraxmaq təhlükəsi ilə üz-üzədir. Berti Foqts belə hoqqalara görə futbolçulara güzəşt etmir. Son “nümunə”, Mahir Şükürovdur. O, öz “barmağına” görə yığmanın BƏƏ toplanışından kənarda qalmışdı.
Allahverdiyevin növbəti belə pəstahası isə klubun onunla yollarını ayıracağı ilə nəticələnə bilər.