Reynaldo fərdi mükafatları müzeyinə daşıyır
17 aprel 2014 11:55
TPL-in 2013-cü il ilin dekabr ayı və cari ilin fevral, mart ayları üçün ən yaxşı oyunçuları və qol müəllifləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, dekabr ayının ən yaxşı futbolçusu “Qəbələ”nin hücumçusu Daniel Subotiç, fevral və mart aylarının ən yaxşı oyunçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi braziliyalı Reynaldo seçilib.
AZAL-ın hücumçusu Con Oluremi dekabr və mart ayında vurulmuş ən gözəl qol müəllifi kimi ikiqat uğura imza atıb. Reynaldo isə fevral ayında vurulmuş ən gözəl qolun müəllifi olaraq, üçüncü fərdi mükafatını qazanıb.
Ən yaxşı oyunçular hər biri 1500 manat, ən gözəl qol müəllifləri isə hər biri 1000 manat məbləğində pul mükafatı ilə mükafatlandırılıb.