Böyükağa Hacıyevdən türk məşqçi ilə əvəzlənmə ehtimalına münasibət
17 aprel 2014 11:00
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında mövsümün sonunda onun türk mütəxəssislə əvəzlənə biləcəyi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib:
“Yerimə başqa məşqçinin gətirilməsi ilə bağlı xəbərlər məni qorxutmur. Heç kimi daimi olaraq, bir işdə çalışa bilməz. Azərbaycanda çoxlu sayda əcnəbi məşqçilər çalışır. Sadalayın görək, onlar hansı uğurlara nail olub? Əgər məni əcnəbi məşqçi əvəzləsələr, qoy ondan etdiklərimizin 30%-ni tələb etsinlər. “Neftçi” son illər Azərbaycan futbolunda böyük uğurlara imza atıb. Bunu hamı bilir”.