Daniel Subotiç: Finalda Rəvanla qarşılaşmaq istərdim
17 aprel 2014 17:00
“Qəbələ”nin hücumçusu Daniel Subotiç azerisport.az saytına müsahibəsində ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran” üzərində qələbədən (3:0) danışıb:
- Nə üçün siz Premyer Liqanın son aylarının ən yaxşı futbolçularını mükafatlandırma mərasimində yox idiniz?
- Mən nə vaxt və hara gəlmək haqda heç nə deməyiblər. Bilirəm ki, dekabr ayının ən yaxşı futbolçusu olmuşam. Bir neçə gün qabaq mənə bu haqda deyilib və gözləyirdim ki, hara gəlməyi mənə desinlər. Təəssüf ki, iştirak etmədim.

- Nə üçün sizə deməyiblər?
- Yəqin ki, bu səhər məşqdə iştirak etməli olduğum üçün.

- Bu fərdi mükafat haqda nə düşünürsünüz?
- Mənə xoşdur. Ən yaxşı olduğumu eşidib sevindim. Düşünürəm ki, əgər ən yaxşı hesab edilmişəmsə, deməli, layiqəm.

- Premyer Liqada pis nəticələrdən sonra “Qəbələ”nin Kubokda coşaraq, “Xəzər Lənkəran”ı ilk oyunda darmadağın edəcəyini çox az adam gözləyirdi...
- Komanda xarakter nümayiş etdirdi. Bütün komanda özünü yaxşı tərəfdən göstərdi. Birinci qol gözəl alındı: MArat İzmaylovun ağıllı ötürməsi, Nizami Hacıyevin sürəti... Hacıyev uğurlu oyun keçirdi. Belə oynamağa davam etmək lazımdır.

- Düşünürdünüz ki, hər şey belə asan alınacaq?
- Əmin idim ki, qalib gələcəyik, ancaq əlbəttə, 3:0 hesabı ilə yox. Axı “Xəzər Lənkəran” yaxşı komandadır və buna qədər biz onlara qarşı uğursuz oynamışdıq.

- Yəqin, indi finala çıxacağınıza şübhəniz yoxdur?
- Aydındır ki, Lənkəranda oynamaq həmişə çətindir. Düşünmürəm ki, orada üç qol buraxacağıq. Ancaq bu, o demək deyil ki, biz öz üstünlüyümüzü asanlıqla əldən verəcəyik. Tərləmək lazım gələcək.

- Azərbaycan Kubokunda komandanız “Qarabağ”ı mübarizədən kənarlaşdırdı. Çox güman ki, “Xəzər Lənkəran”ı da keçəcəksiniz. Nə üçün Premyer Liqada belə oynamırsınız? Öz meydanınızda hətta, AZAL-ı belə, məğlub edə bilmirsiniz...
- Mən bu yarışları müqayisə etməzdim. Bu yarışlar çox müxtəlifdir. Bizim çıxışımız buna bariz nümunədir. Ancaq bu da, Premyer Liqadakı çıxışımıza bəraət qazandırmır. Düşünürəm ki, “Xəzər Lənkəran” üzərində qələbə çempionatda uğurlu çıxışımıza təkan verəcək.

- Kubokun finalında kimi gözləyirsiniz?
- Demək çətindir. Əgər “Rəvan” ik oyunda olduğu kimi oynasa, bu halda, onlar “Neftçi”ni keçəcəklər.

- Yəqin ki, “Rəvan”ın finala çıxması sizi qane edər...
- Əlbəttə, həlledici oyunda bu kollektivlə görüşmək istərdik. Düzdür, Kubok göstərdi ki, biz istənilən komandanı məğlub edə bilərik. Ancaq, finalın “Neftçi” - “Qəbələ” sərlövhəsi maraqlı görünür.