Qallas TPL-də oynayacaq?
16 aprel 2014 11:00
Fransa yığmasının, “Çelsi” və “Arsenal”ın sabiq müdafiəçisi Vilyam Qallas Topaz Premyer Liqasında peyda ola bilər. Azerisport.az Britaniya KİV-nə istinadən xəbər verir ki, Qallas TPL komandalarının birindən çox cəlbedici bir təklif alıb.
Komandanın adı açıqlanmır.
“Çelsi” ilə iki dəfə İngiltərə çempionluğunu, Fransa yığması ilə Konfederasiyalar Kubokunu qazanmış Qallas hazırda Avstraliyanın “Pert Qlori” komandasında çıxış edir.