Gökdəmirin komandası qələbə qazandı
15 aprel 2014 19:33
Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin komandası "Elazığspor" öz meydanında "Qaziantepspor"u qonaq edib və 2:1 hesablı qələbə qazanıb.
Gökdəmir zədəsinin müalicə etdirdiyi üçün bu oyunda iştirak etməyib.
Hazırda “Elazığspor” 31 xalla yarış cədvəlində 15-ci sırada qərarlaşıb.