Vaqif Cavadov yenidən Rusiyaya qayıda bilər
15 aprel 2014 01:32
Futbol üzrə Azərbaycan yığmasının və "İnter"in hücumçusu Vaqif Cavadov karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Qonşu ölkə mətbuatının iddiasına görə, millimizin forvardı "Krılya Sovetov", "Volqa" və Ruslan Abışovun çıxış etdiyi "Rubin" klublarının maraq dairəsindədi.
Qeyd edək ki, Cavadov 2011-2012-ci illərdə "Volqa"nın heyətində top qovub. O, 2000-2007-ci illər ərzində isə Rusiya MOİK-nin əvəzedicilərində də çıxış edib.