Fotoreportaj|Video|На русском

Futbol

Qarabağın turu

13 aprel 2014 00:41

Topaz Premyer Liqasının 30-cu tur da geridə qaldı. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutdu.

"Bakı" doğma meydanda "Xəzər Lənkəran"la qaşrılaşdı. Kubokda yoluna davam edən cənub klubunun bu görüşə ciddi önəm verməyəcəyi gözlənilsə də, qarşılaşmanın ilk hissəsində fərqli mənzərənin şahidi olduq. Belə ki, 45 dəqiqənin tamamında Mustafa Dənizlinin komandası 2 cavabsız qolla öndə idi. Ancaq ikinci hissədə Milinko Pantiçin yetirmələrinin vurduğu 2 qol tərəflərə 1 xal qazandırdı. Amma bu qolların hər ikisinin penaltidən vurulması cənubluların düşərgəsində ciddi narazılığa səbəb oldu və hakimliyin qərəzli olduğu iddiaları ortaya atıldı. Buna baxmayaraq, "ağ-yaşıllar" səfərdəki heç-heçə sayəsində xal ehtiyatını 38-ə çatdırdı və 7-ci pillədəki mövqeyində qaldı. Paytaxtın eyniadlı klubu isə hələ ki, 4-cü yerdədi. Lakin bu pillə onların avrokuboklara getməsinə mane olur.

Bakıdakı görüşlə eyni vaxtda Sumqayıtın eyniadlı komandası ilə "Simurq" üz-üzə gəldi. İlk hissəsi qolsuz keçən oyunda hesabı qonaq komanda açdı. Lakin Zaqatala təmsilçisinin sevinci cəmi 3 dəqiqə çəkdi. Meydan sahibləri hesabı bərabərləşdirdi və matç 1:1 hesabı ilə başı çatdı. Beləliklə, bugünədək Georgi Çixradzenin komandasından xal ala bilməyən Aqil Məmmədovun yetirmələri 10-cu oyunda sülhə imza atdı. "Sumqayıt" bu xalı həm baş məşqçi Məmmədov, həm də Pərdis Fərcad-Azada ad günü hədiyyəsi etdi desək, yanılmarıq. Bununla da autsatder pilləsində qərarlaşan komanda xal hesabını "Rəvan"la eyniləşdirdi.

Yuxarıda qeyd edilən görüşlərlə eyni saatda "Qəbələ" və AZAL komandaları qarşılaşdı. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən "qırmızı-qaralar" bu oyunda favorit göstərilirdi. Çünki bu mövsüm üçün heç bir amalı olmayan və heyətlə bağlı problemlərdən əziyyət çəkən "təyyarəçilər"in çətin səfərdə sürprizə imza atması inandırıcı görünmürdü. Amma Yuri Syominin komandası bu rəqiblə dueldə də hesabı aça bilmədi. Nəticədə 1 xalla kifayətlənən əyalət təmsilçisi Avropaya yollanmaq şanslarını bir qədər də azaltmış oldu. Hazırda 5-ci pillədə qərarlaşan Qəbələ klubu ən yaxın qonçusu "Bakı"dan 4 xal geri qalır. Lakin Syominin komandasının kubok şansı olduğunu nəzərə alsaq, "Qəbələ" üçün hər şeyin bitdiyini demək olmaz. Şüvəlan təmsilçisi isə Tərlan Əhmədovun başçılığı ilə ilk xalını qazandı. "Bakı", "Sumqayıt" və AZAL-la görüşdən məğlub ayrılan Əhmədovun komandası "Qəbələ" ilə görüşdəki heç-heçə sayəsində ilk xalını əldə etmiş oldu.

Növbəti oyunda "İnter" və "Neftçi" komandaları qarşılaşdı. Bakı derbisi hər iki komanda üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, "bankirlər" qələbə qazanacağı təqdirdə 2-ci pilləyə yüksələcəkdisə, "ağ-qaralar" 3 xal sayəsində öz mövqeyini qoruyacaq və xal fərqini artıracaqdı. Amma altı xallıq oyunda Hər şey Kaxaber Sxadadzenin komandasının istədiyi kimi  oldu və yetirmələri çətin qələbə qazanmağı bacardılar. "İnter"in Avropa Liqasına vəsiqə qazanmaq üçün tək yolu Premyer Liqadısa, "Neftçi" bunu həm çempionat, həm də kubok yolu ilə edə bilər. Baxmayaraq ki, son dövrlər qələbələri sıralayan Böyükağa Hacıyevin komandası 1:2 hesablı məğlubiyyətlə uğurlu gedişata son qoymuş oldu.

Günün və turun son oyunu mərkəzi arenada baş tutdu. Ağdam klubunun bu görüşdə qalib gələcəyi məlum idi. Çünki Qurban Qurbanov komandasının autsayderlə görüşdə çətinliklə üzləşməsi inandırıcı görünmürdü. Gözlənildiyi kimi də oldu. "Köhlən atlar"ın vurduğu 5 topa "aslanlar" cəmi 1 qolla cavab verə bildi. Beləliklə, "Rəvan"ın aktivindəki xal hesabı "Simurq"la oyundan 1 xalla ayrılan "Sumqayıt"la bərabərləşmiş oldu. Hazırda hər 2 komandanın hesabında 18 xal var. Güvənç Kurtar isə Premyer Liqada heç bir iddianın olmadığını başa düşərək ümidini yalnız kuboka bağlayıb. Onu da qeyd edək ki, növbəti turda "Qarabağ" Zaqatalada "Simurq" üzərində qələbə qazansa, "İnter" və "Neftçi" həmin turda xal itirsə, Ağdam təmsilçisi çempionluğu səfərdə bayram edə bilər.

Topaz Premyer Liqası
30-cu tur

QƏBƏLƏ - AZAL - 0:0
Sarı vərəqələr: Marat İzmaylov, 59 (əl ilə oyun) - Kərim Diniyev, 56 (qeyri-idman hərəkəti); Samuel Barlay, 66 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 78 (qeyri-idman hərəkəti); Xose Junior Aylton, 84 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 90 (qeyri-idman hərəkəti); Laşa Kasradze, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
12 aprel 2014. Saat 15:00. Qəbələ şəhər stadionu. 500 tamaşaçı.

Qəbələ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 7. Marat İzmaylov (17. Nuran Qurbanov, 77), 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (19. Abdulvahid Afolabi, 66), 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (8. Nizami Hacıyev, 55), 44. Rafael Santos.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 2. Rail Məlikov, 16. Ruslan Tağızadə, 45. Murad Musayev.
Baş məşqçi: Yuri Syomin.
AZAL: 1. Ruslan Məcidov, 15. Oskar Klava, 4. Xose Junior Aylton, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 3. Aleksandr Şemonayev, 27. Rəşad Abdullayev (k) (8. Qərib İbrahimov, 64), 26. Kərim Diniyev (5. Murad Ağayev, 69), 18. Samuel Barlay (89. Nedo Turkoviç, 75), 10. Con Oluremi, 17. Viktor İqbekoyi.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 20. Branislav Arsenyeviç, 19. Orxan Səfiyaroğlu, 23. Tural Nərimanov.
Baş məşqçi: Tərlan Əhmədov.

SUMQAYIT - SİMURQ - 1:1
Qollar: Rəhman Hacıyev, 71 - Draqan Çeran, 68.
Sarı vərəqələr: İlkin Qırtımov, 10 (qeyri-idman hərəkəti), Anderson Olivyera, 52 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 aprel 2014. Saat 15:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1000 tamaşaçı.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (8. Aqşin Muxtaroğlu, 90+2), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov (92. Bəxtiyar Həsənalızadə, 90), 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (7. Pərdis Fərcad-Azad, 65), 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov.
Baş məşqçi: Aqil Məmmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 78), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı (7. Ruslan Poladov, 83), 30. Raul Kostin (22. Salif Ballo, 67).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Usim Nduka, 8. Patrik Osiako, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.

BAKI - XƏZƏR LƏNKƏRAN - 2:2
Qollar: Əfran İsmayılov, 51-pen; 63-pen. - Junior Nildo, 2, Elias Ribeiro, 28.
Sarı vərəqələr: Mario Alvares, 27 (qeyri-idman hərəkəti); Lukas Mario Horvat, 34 (qeyri-idman hərəkəti); Marius Pena, 70 (qeyri-idman hərəkəti) - Adrian Skarlatake, 56 (qeyri-idman hərəkəti); 62 (qeyri-idman hərəkəti); Tyeqo de Xesus, 90+3 (oyunun bərpasını gecikdirdiyi üçün).
Qırmızı vərəqə: Adrian Skarlatake, 62.
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
12 aprel 2014. Saat 15:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 6. Vadim Abdullayev (20. Tural Qürbətov, 77), 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (33. Nurlan Novruzov, 84), 10. Aleksandar Soliç (19. Marius Pena, 46), 12. Etto, 16. Xavyer Junior, 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 30. Vüqar Bəybalayev, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov (3. Vanderson Skarduelli, 71), 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov (k), 8. Deyan Blajevski (20. Etame Mbilla, 78), 11. Zohair Benuahi, 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 27. Adrian Skarlatake, 30. Elias Ribeyro (14. Rahid Əmirquliyev, 66).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 9. Orxan Əliyev.
Baş məşqçi: Mustafa Denizli.

İNTER - NEFTÇİ - 2:1
Qollar: Matiya Spiçiç, 48; 66 - Elvin Yunuszadə, 61.
Sarı vərəqələr: Yohan Bokonyano, 59 (hakimin qərarına etiraz); Slavço Georgiyevski, 78 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 81 (fitdən sonra topa zərbə); Mikel Alvaro, 90+2 (qeyri-idman hərəkəti) - Erik Ramos, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 aprel 2014. Saat 17:00. “Şəfa” stadionu. 2200 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze (5. Slavço Georgiyevski, 55), 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (24. Fuad Bayramov, 87), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 46), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 9. Aleksandr İaşvili, 12. İvo Taborski, 30. Abbas Hüseynov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (8. Elşən Abdullayev, 79), 7. Araz Abdullayev (23. Ruslan Qurbanov, 68), 9. Flavinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 84), 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 14. Bahodır Nasimov, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.
Baş məşqçi: Böyükağa Hacıyev.

QARABAĞ - RƏVAN - 5:1
Qollar: Leroy Corc, 34; 65, Muarem Muarem, 62, Riçard Almeyda, 71, Reynaldo Silva, 90-pen. - Tyaqo de Souza, 68.
Sarı vərəqələr:  Oke Akpoveta, 14 (qeyri-idman hərəkəti); Orxan Lalayev, 57 (qeyri-idman hərəkəti); 89 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Orxan Lalayev, 89.
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.
12 aprel 2014. Saat 18:30. Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Nikolas Gelaşvili, 70), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (6. Hacı Əhmədov, 85), 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 81), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Rəvan: 85. Kamal Bayramov, 21. Novruz Məmmədov (k), 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 16. Orxan Lalayev, 40. Mişel Balokoq (19. Hüseyn Axundov, 63), 30. Cəmşid Məhərrəmov, 7. Elvin Həsənəliyev (24. Yamin Ağakərimzadə, 66), 8. Julio Sezar, 41. Kamil Kopunek, 18. Oke Akpoveta (10. Tyaqo de Souza, 46).
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç, 17. Ramazan Abbasov.
Baş məşqçi: Güvenc Kurtar.

Bombardirlər:
19
- Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
10 - Draqan Çeran (Simurq)
9 - Etame Mbilla (Xəzər L), Baçana Sxadadze (İnter), Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ).

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah