İnterin sabiq futbolçusu Atletikoda
19 fevral 2014 12:33
“İnter” sabiq müdafiəçisi Joau Paulu özünə yeni iş yeri tapıb. Azeripsort.az xəbər verir ki, futbolçu “Atletiko Sorokabo”da çıxış edəcək.
Klub futbolçunu Paulista futbol federasiyasının yeni oyunçuları imzalamaq üçün təyin etdiyi müddətin son günündə sıralarına qatıb.
Xatırladaq ki, Joau Paulu “bankirlər”in heyətinə 2013-cü ilin yayında keçmiş və çempionatın beş oyununda oynamışdı.