İnter çex futbolçu ilə anlaşdı
5 fevral 2014 16:13
"İnter" qış fasiləsində son transferini rəsmiləşdirib. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumata görə, bankirlər çexiyalı forvard İvo Taborskini heyətə cəlb edib.
Müqavilə 6 ay müddətinə nəzərdə tutulub. Qeyd edək ki, İvo Taborskinin son klubu Çexiyanın "Teplitse" komandası olub. Yeni futbolçu artıq "İnter"in məşqlərində iştirak edir.